Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

FAKTİKİ HAVA

1 213
Paylaş:
FAKTİKİ HAVA

Ötən gün (sentyabrın 2-də) Bakıda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksək olub.

Pravda.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

İmişli, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvarda duman müşahidə olunub, görünüş 50-150 metrədək məhdudlaşıb.

Havanın temperaturuna gəlincə, sentyabrın 2-də Bakıda iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38-40° isti, Naxçıvan MR-da 39-41°, Şərurda 42° isti, dağlıq rayonlarda 29-32° isti, aran rayonlarında 36-40°, Hacıqabulda 41° isti olub.

Paylaş:

Ən son xəbərlər