Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Tarkan 2 milyon insana konsert verdi - FOTO - VİDEO

1 017
Paylaş:
Tarkan 2 milyon insana konsert verdi -     FOTO - VİDEO

Türkiyənin meqastarı Tarkanın İzmir konserti baş tutub.

Pravda.az xəbər verir ki, İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü bu şəhər başda olmaqla Türkiyədə coşğu ilə qeyd olunub. Məşhur sənətçi 9 sentyabr - İzmirin Qurtuluşu Günü çərçivəsində Gündoğdu Meydanında konsert verib.

Tədbir dünyanın ən çox tamaşaçı olan ilk 5 konsertindən biri olaraq tarixə düşüb. Belə ku, bu günə kimi olan ödənişli və ödənişsiz konsertlər arasında bu qədər tamaşaçı olmayıb. Tarkanı 2 milyondan çox insan izləməyə gəlib.

Konsertin keçirildiyi Gündoğdu Meydanının 1,5 milyon ilə 2 milyon arasında tamaşaçı tutumuna malik olduğu məlumdur.

Axşam.az

 
Paylaş:

Ən son xəbərlər