Avtomobil bazarında durğunluq yaşanır. Alıcılıq qabiliyyəti düşüb. Alıcılar və da satıcılar narazıdır.
Satıcıların sözlərinə görə, belə vəziyyət bir neçə aydır ki, davam edir. Bazara gələn azsaylı alıcılar daha çox hibrid və dizel mühərrikli avtomobillərə maraq göstərirlər.
Benzinlə işləyən avtomobillərdən isə mühərrik həcmi kiçik olanlar daha çox satılır. Belə nəqliyyat vasitələrinin qiymətində artım müşahidə edilir.