13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.
XİN-dən Pravda.az-a verilən məlumata görə, Ceyhun Bayramov həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, 12-13 sentyabr tarixlərində növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.