“Ataların yaxşı bir sözü var: “Qırxında öyrənən “gor”unda çalar!” Rusiya Federasiyası Dövlət Dumasının deputatı, özünün ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin hələ bu günə qədər, deyəsən, başa düşməyib ki, bütün dünya artıq çoxdan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. BMT-nin, Avropa strukturlarının qərarları var. Bütün dünya tanıyıb, bütün dünya bizə tərəfdir. Zatulin nəsə valı dəyişmir, elə eyni valı qoyur. Təbiidir, başa düşürəm, kifayət qədər erməni dostları var, yetərincə bunun qulluğunda dururlar, əzizləyirlər. Daha nə deyim, bilmirəm. Bu insanın vaxtı çatıb, psixiatra da müraciət etsin, yoxlansın. Onun indiki mövcud vəziyyətdən heç xəbəri də yoxdur. Bəlkə də, yadından çıxarıb ki, biz artıq Qarabağı qaytarmışıq, Vətən Müharibəsini uğurla udmuşuq, Qarabağda quruculuq işlərimizi görürük və artıq həmin Xankəndindən ermənilərin hamısı qaçıb”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Zatulinin qondarma “Artsax dövləti”nə və “xalq”ına müraciəti barədə danışarkən deyib.