“İkitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm ticarətin, həm də investisiyaların həcminin artdığını qeyd etmək lazımdır”.
Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.