“Yazdığım bütün statusların altında “Qum şəbəkəsi”nin muzdluları çox sayda gülüş atırlar. Çox sevindim. Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim. Sizi beləcə addım-addım tərbiyələndirəcəyəm”.
Deputat: “Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Bunların məktəbi zərrə qədər də olsun tərbiyə öyrətməyib. Bizim milli məktəbdə qısa zamanda siz qanıpozuqları Azərbaycana xəyanət edənlərdən, onu sevənlərə çevirəcəyik. Ya əhliləşəcəksiniz, ya da əhliləşəcəksiniz!” – deputat qeyd edib.