BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub”

“Avropa Siyasi Birliyinin Praqada keçiriləcək sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Şarl Mişelin vasitəçiliyi ilə görüşlərə alışmışıq, bir dəfə də beynəlxalq tədbir çərçivəsində Fransa prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa fikir mübadiləsi olmuşdu. Bu görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəilk götürərsə danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Emmanuel Makronun  üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı” – E.Şahinoğlu qeyd edib.

Tarix: 6 Oktyabr 2022, 07:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin