Gəncədə arvadını qətlə yetirməkdə ittiham olunan Rauf Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 21-nə təyin edilib.
Qeyd: Bu il iyunun 23-ü saat 17 radələrində Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Rauf Vəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Bayramovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Kamal Məmmədov