Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Məcburi köçkünlər səbirsizliklə doğma yurda qayıdacaqları günü gözləyirlər”

689
Paylaş:
Deputat: “Məcburi köçkünlər səbirsizliklə doğma yurda qayıdacaqları günü gözləyirlər”

“Son 30 il ərzində Ermənistan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqələri, məscidlər, tarixi abidələr dağıdılıb, məhv edilib. Yalnız Şuşa, Laçın və Kəlbəcərin müəyyən hissələrini yaşayış yeri kimi istifadə edən ermənilər, demək olar ki işğal edilən torpaqlarımızın bütün qarışında öz vandal hərəkətlərini nümayiş etdiriblər. Ermənistanın işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizlənməyə məruz qalıb. Təəssüflə qeyd etmək lazımdır ki, dağıdıcılıq işləri ilə kifayətlənməyən ermənilər I Qarabağ müharibəsindən sonrakı dövrdə işğal edilmiş ərazilərdə nə az, nə çox 1 milyondan artıq mina basdırıblar. Elə bunun nəticəsi olaraq II Qarabağ müharibəsindən sonra bu günə kimi 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Böyük Zəfərdən sonra çoxsaylı turistlər Şərqi Zəngəzur və Qarabağa səfər edərək həmin ərazilərlə tanış olub, erməni vandalizminin canlı şahidi olublar. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb edərək onların Azərbaycanın haqlı mövqeyinə laqeyd yanaşmamalı olduğunu nəzərə çatdırıb. Müharibədən sonra ATƏT-in Minsk Qrupu yenidən məsələnin həllinin öz vasitələri ilə aparılmasına çalışsa da cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Minsk Qrupunun artıq bu məsələdə heç bir rolunun olmadığı bəyan edilib. Sülh istiqamətində bir neçə dəfə görüşlər, danışıqlar baş tutsa da hər dəfə Ermənistan rəhbərliyi bu məsələni uzatmağa çalışır. Ermənistandan fərqli olaraq Prezident İlham Əliyevin  “Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır” deməsi ölkə rəhbərliyinin sülh üçün səylə çalışdığına nümunədir”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

C.Məmmədovun sözlərinə görə, bu bir reallıqdır ki, artıq məcburi köçkünlər öz doğma ata-baba torpaqlarına qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər: “Hər kəs öz el-obasına qayıtmaq istəyir. İşğaldan azad olunmuş ərazilərdə sürətlə quruculuq və abadlaşdırma işlərinin aparılması bu məsələnin həllini daha da intensivləşdirir. Böyük Zəfərdən dərhal sonra başlanan quruculuq işləri böyük sürətlə davam edir. Artıq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin qayıdıb yaşaması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tezliklə Qarabağ dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.

Kənan

Paylaş:

Ən son xəbərlər