Dünyaca məşhur aktrisa Ancela Lensberi vəfat edib.
Pravda.az xəbər verir ki, bu barədə onun övladı məlumat yayıb.
Aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.
Ancela Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb.
Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.