Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Hadi Rəcəblinin yeni kitabı işıq üzü gördü - FOTO

1 176
Paylaş:
Hadi Rəcəblinin yeni kitabı işıq üzü gördü -       FOTO

Milli Məclisin sabiq deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Hadi Rəcəblinin yeni kitabı işıq üzü görüb.

Pravda.az-ın xəbərinə görə, kitab sosial sahələrin idarə edilməsindən bəhs edir.

Qeyd: H.Rəcəbli 1947-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirib. Uzun illər siyasi qurumlarda, mətbuat və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb. Siyasi elmlər doktoru, professordur. XI çağırış Azərbaycan SSRİ Ali Sovetinin, Birinci, İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, bütün bu dövrlərdə parlamentin Sosial siyasət komitəsinin sədri olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi-pedaqoji fəaliyyətini davam etdirir, 11 kitabın və 370-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Kənan

Paylaş:

Ən son xəbərlər