Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Prokuror: Tehran həbsxanasında münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur

871
Paylaş:
Prokuror: Tehran həbsxanasında münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur

Ötən gün axşam Tehranın şimalındakı "Evin" həbsxanasında məhbuslar arasında dava nəticəsində baş verən yanğın söndürülüb.


Pravda.az-ın məlumatına görə, dünən gecə məhbuslar arasında baş verən münaqişələr həbsxana paltarları anbarının yandırılmasına səbəb olub. Hüquq-mühafizə orqanları dərhal həbsxanaya nəzarəti təmin edib, yanğınsöndürənlər yanğını söndürüblər.


Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib. “Evin" həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.


Onun sözlərinə görə, son iğtişaşlarla bağlı saxlanılanların olduğu kamera ayrılıb və yanğın baş verən quldurların kamerasından xeyli aralıda yerləşir.


Trend

Paylaş:

Ən son xəbərlər