“İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, xarici işlər naziri İrəvana gedərək Ermənistana dəstək ifadə edir, qalır Tehranın Ermənistana pilotsuz uçuş aparatları satması. Gedişat buna doğru gedir. Tehranın məntiqi belə olacaq: “Azərbaycan İranın düşməni İsraildən pilotsuz uçuş aparatları alırsa, biz də Azərbaycanın düşməni Ermənistana pilotsuz uçuş aparatları sata bilərik””.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.