“Zəngilanın işğaldan azad olunması, işğala təcavüzə son qoyulması, haqq-ədalətin bərpa edilməsi ilə yanaşı, həm də cənub sərhədlərimizin bütövlüyünün təmin olunması baxımdan strateji əhəmiyyətə malikdir. 30 il daşı-daş üstünə qoyulmayan, xarabalığa çevrilən Zəngilan artıq azaddır! Azad edildikdən cəmi il yarım sonra isə artıq ilk sakinlərinə qovuşub. Ağalı kəndinin simasında biz Cənubi Qafqazın ən müasir yaşayış məskənlərinin birini inşa etməklə vandallardan fərqimiz ortaya qoyduq, bu bölgənin əsl sahibi kimdir, onu dünyaya göstərdik”.
“Cənab İlham Əliyevin qətiyyətli, onun əzmi ilə aparılan işlərin sürəti və miqyası ilə bütün dünyaya nümayiş etdirməkdəyik ki...”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
B.Məhərrəmov deyib ki, işğaldan azad edilməsinin ikinci il dönümündə Zəngilanda Beynəlxalq Hava Limanı istifadəyə verilib: “Beləliklə, cənab İlham Əliyevin qətiyyətli, onun əzmi ilə aparılan işlərin sürəti və miqyası ilə bütün dünyaya nümayiş etdirməkdəyik ki, Zəngilan başda olmaqla Qarabağ da, Zəngəzur da bizimdir və daim bizim də olacaq”.