“Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-nə, həftənin ilk gününə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı mitinq təyin edib. Etiraz etmirik, əksinə insanların sərbəst toplaşmaq azadlığını dəstəkləmişik. Mənfi münasibətimiz ola bilməz. Onlar mitinq elan etdikdən sonra mən - hakimiyyətlə dialoqda olan partiyanın sədri öyrənirəm ki, həmin tarixdə Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı dinləmə keçiriləcək. Bu cür təsadüf olmur. Kimlərsə çalışır ki, ictimai müzakirədə səsləndirəcəyimiz fikrin “radikal”ların keçirəcəyi aksiyanın fonunda “mülayim”, “satılmış” görüntüsü yaratsın. Çoxdanki təcrübədir”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.