“Rusiyada Prezident Vladimir Putinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 3 tərəfli görüş ərəfəsi bir qrup erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycanın Xankəndi şəhərində özbaşına təşkil etdikləri qanunsuz mitinq bir daha onu sübut etdi ki, Azərbaycanın Xankəndi bölgəsində yaşayan vətəndaşları separatizmə meyilli və qanunsuz əməllərini davam etdirmək niyyətlərindədirlər. Qısa desək, islah olmaq və silahları yerə qoymaq niyyətləri yoxdur”.
Ağasif Şakiroğlu: “Separatçıların, terrorçuların bir ünvanı var, o da məzarlıq!”
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
A.Şakiroğlu qeyd edib ki, qanunsuz və Azərbaycanın suveren ərazisində separatizmə meyilli aksiya erməni terrorçularının əsl niyyətini ifadə etmiş oldu: “Görünən budur ki, terrorçular sülh istəmir və bunu açıq formada ifadə edirlər və Soçidə nəzərdə tutulan üç tərəfli görüşə “təziq etməyə” çalışırlar. Bəlkə də Xankəndində separatçıların səsləndirdiyi bəyanatın mətni elə məhz görüş öncəsi Kremldə hazırlanıb. Hesab edirəm ki, bu gün bir daha təsdiq olundu ki, Rusiya Xankəndi daxil ətraf rayonların Azərbaycanın nəzarətinə keçməsini əsla istəmir. Bu səbəbdən də Rusiya sülhməramlılarına adekvat olaraq, Qarabağda, o cümlədən Laçında da qardaş Türkiyənin Ordusu yerləşdirilməlidir. Azərbaycanın ərazi bütövlüyünün yeganə qarantı heç şübhəsiz ki, qardaş Türkiyədir… Hesab edirəm ki, BMT-nin icra edilməsi müşkülə çevrilmiş 4 qətnaməsini icra etmiş Azərbaycan ordusu 31 oktyabr görüşündən həmən sonra dərhal hərəkətə keçməlidir. Xalqımızın heysiyyatı ilə oynamağa heç bir qüvvəyə imkan verməməliyik. Səbr, dözüm zamanı artıq keçmişdə qalıb. Separatçıların, terrorçuların bir ünvanı var, o da məzarlıq!"