Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.
Bu barədə "XəzərXəbər"ə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.
Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.