Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluğa cəhddə təqsirləndirilən Vaqif Fikrətovun (şərti) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 24 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində “Xalq Bank” bankın Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən filialının qarşısında qeydə alınıb.