Dünən “İslahatçı Gənclər” İctimai Birliyi, Azxeber.com, Editor.az informasiya portallarının birgə təşkilatçılığı və Avrasiya Yerel Yönetimler Dərnəyinin dəstəyi ilə İstanbulda 8 noyabr- Zəfər Günü ilə bağlı Azərbaycan-Türkiyə Jurnalistlərinin “Zəfər Görüşü” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd müharibənin informasiya cəbhəsində Azərbaycan və Türkiyə media qurumlarının birgə fəaliyyətini müzakirə etmək, eyni zamanda, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanın haqlı mübarizəsini Türkiyə və dünya ictimaiyyətinin diqqətinə çatdırılması prosesində aktivlik göstərən Azərbaycan- Türkiyə media qurumlarının təmsilçilərinin “Qarabağ Zəfəri” Milli Mükafatı ilə təltif etməkdir. Tədbirdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycanın İstanbuldakı Konsulluğunun diplomatı Murad Balacayev, Azərbaycanın Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, “Azxeber.com” informasiya portalının baş redaktoru Əfsələddin Ağalarov, Türkiyənin “CNN”, “Habertürk”, “AHaber”, “İhlas”, “,TGRT haber”, “TRT Haber” “TV100”, “Akit TV”, Ulusal Kanal, “NTV”, “TRT World”, “24 TV” kimi tanınmış televiziyaların təmsilçiləri, Azərbaycan mediasının Türkiyədə akkreditə olan təmsilçiləri iştirak ediblər.