Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı açıqlamaları Tehran rejimini silkələyib”

783
Paylaş:
“İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı açıqlamaları Tehran rejimini silkələyib”

“Prezident İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı son açıqlamaları Tehran rejimini silkələyib”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu: “Azərbaycan Fransa ilə əməkdaşlığı genişləndirməlidir"  ÖZƏL-ŞƏRH

E.Şahinoğlunun sözlərinə görə, İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəf alan açıqlamalar veriblər: “İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar: “Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb”. Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür. İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir, yalandan deyirlər ki, “verməmişik”, İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, “belə bir şey olmayıb”, imkanları olsa Urmiya gölünün qurumadığını da söyləyərlər”.

Kənan

Paylaş:

Ən son xəbərlər