Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.
“Qaynarinfo” xəbər verir ki, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.
Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.