Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Valeh Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Valeh Həsənov 2020-2021-ci illərdə “AL Market” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF Park yaşayış kompleksi, 11 saylı küçə, bina 3 ünvanında yerləşən mağazasının müdiri vəzifəsində işləyib. O, çalışdığı müddətdə içərisindən müxtəlif vaxtlarda qida və qeyri-qida mallarını hissə-hissə ayırıb özü ilə götürərək aparıb.