“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlar təxribatdır.
Pravda.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq davam edir.

Məlumatda qeyd olunub ki, aparılan ekspertizaların nəticəsinə əsasən aşkar edilmiş yad obyektlərin bir neçəsində partlayıcı maddələrin izləri bəlli olub.
Qeyd olunub ki, hadisə ilə bağlı daha dolğun nəticə çıxarmaq üçün işlər davam etdirilir.
Xatırlatma: Sentyabrın 26-da Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilmişdi və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilmişdi. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.
Kənan