“2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqqında” qanunun 4-cü maddəsinə görə məbləğın hesablanması İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə müəyyən edilir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, istehlak səbətinin tərkibi və normaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib: Əsl tragikomediya da minimum istehlak səbətinin tərkibinə baxanda üzə çıxır, əmək qabiliyyətli insanlar üçün istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:
- Çörək və çörək məhsulları – il ərzində 136 kq 800 qr, yəni, günə 375 qram (niyə bu qədər çox – çünki kalori norması da dolmalıdır deyə ən ucuz, amma ən çox kalori verən çörəyi bu qədər yüksək götürüblər),
- Kartof – il ərzaində 54 kq 800 qr, yəni, günə 150 qram (bu da ucuz, amma kalorisi çox olduğu üçündür),
- Ət və ət məhsulları (quş əti də daxil) – ilə 32 kq 900 qr, yəni, günə 90 qram,
- Kərə yağı – ilə 7 kq, yəni, günə 19 qram,
- Balıq və balıq məhsulları – ilə 7 kq 700 qr, yəni, günə 21 qram,