“Dünyadakı proseslər bir daha göstərdi ki, Azərbaycan dövlətinin xarici siyasəti var və bu siyasəti özü istədiyi kimi tənzimləyir. Cənab Prezident İlham Əliyevin xarici siyasətdə həyata keçirdiyi bu istiqamət ən mühüm məsələdir. Bir müddət əvvəl İsraildə Azərbaycan səfirliyinin açılmamasının texniki məsələlərlə bağlı olduğunu deyəndə, düşünürdülər ki, məsələ hansısa dövlətin xoşuna gəlməz. Necə ola bilər, İran Qafanda Konsulluq açır, “Ermənistan bizim tərəfdaşımızdır” deyir... Guya biz İsraildə səfirlik açmamaqla hansısa dövlətdən çəkinirdik. Bu gün Milli Məclisin plenar iclasında bir sıra dövlətlərdə, eyni zamanda İsraildə səfirliyin, paralel olaraq Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi müzakirə olundu. Layihələr səsvermə ilə yekdilliklə qəbul edildi. Çox böyük məsələdir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.