Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluq və xuliqanlıq etməkdə təqsirləndirilən Mahir Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum edilib. Mahir Nəbiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilib. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınıb.