“Bu gün YAP-ın 30 illik yubileyində müxalif partiya sədrləri də dəvət olunmuşdu. Ağ Partiya olaraq biz də bu dəvəti qəbul etdik. Bundan öncə, YAP da analoji olaraq AMİP-in tədbirində iştirak etmişdi. Bizə gecə-gündüz nümunə kimi göstərdikləri Avropa praktikasında da bu cür siyasi münasibətlər protokol qaydasıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.