BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidenti: “Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik”

“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında bildirib.

 

Dövlət başçısı qeyd edib ki, hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq:

 

“Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”.

Tarix: 21 Noyabr 2022, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin