Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxslə bağlı QƏRAR

866
Paylaş:
Bakıda dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxslə bağlı     QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Məhərrəmov Orxan Nazim oğlu dayısı Əliyev Amil Famil oğlunun 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaqı aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər