Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Toyota Prius”un sürücüsünü baltalayan şəxsə hökm oxundu

674
Paylaş:
“Toyota Prius”un sürücüsünü baltalayan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Natiq Babayev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılacaq.

İttihama görə, hadisə Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində qeydə alınıb.

Belə ki, Natiq Babayev evinin yaxınlığında olan zaman qonşusu Natiq Məmmədov özünə məxsus “Toyota Prius” markalı avtomobillə həmin kəndin ərazisində yüksək sürətlə idarə etməsini bəhanə gətirərək onu saxladıb. Tərəflər arasında mübahisə düşüb. Daha sonra təqsirləndirilən şəxs yaşadığı evin həyətindən balta götürüb qonşusunun üzərinə hücum edib. O, balta ilə Natiq Məmmədovun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Natiq Babayev bununla kifayətlənməyərək əlində olan balta ilə zərərçəkmiş şəxsə məxsus “Tayota Prius” markalı avtomobilinin qabaq şüşəsini vurub sındırıb. O, Natiq Məmmədovun əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə 800 manat məbləğində ziyan vurub.

Hadisədən sonra Natiq Babayev saxlanıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan olunub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər