Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcəklər.
Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Sessiyada hərbi münaqişələrin ATƏT regionuna təsirləri, humanitar fəlakət şəraitində əsas insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.