Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur.
Prezident İlham Əliyev: Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar
Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.
“Biz sözün əsl mənasında strateji tərəfdaşıq”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var.