Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Vasif Talıbovla bağlı AÇIQLAMA

5 112
Paylaş:
Vasif Talıbovla bağlı       AÇIQLAMA

Milli Məclisin deputatı Razi Nurullayev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Yeni Azərbaycan Pariyasından (YAP) çıxarılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu barədə ilk dəfədir eşidir.

“YAP daxilində gedən hadisələrdən xəbərsizəm. Bu məsələ ilə bağlı heç bir məlimatım yoxdur. Bu, YAP-ın daxili məsələsidir. Mənə nədənsə inandırıcı gəlmir. Hər halda YAP-çı deputatlar, yaxud YAP-ın rəsmi şəxsləri, partiya mənsubları məlumata malik ola bilərlər”, - R.Nurullayev qeyd edib.

Qeyd: YAP-ı Milli Məclisdə təmsil edən deputatlar məsələyə reaksiya verməkdən imtina ediblər.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər