Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Deputat: “Koronavirusdan qorxmuram”

1 151
Paylaş:
Deputat: “Koronavirusdan qorxmuram”

“Mən şəxsən koronavirusdan qorxmuram. Təbii ki, bu xəstəliklə mübarizə aparmaq çox çətindir. Ən azından bilirəm ki, özümü necə qorumalıyam. Biz qorunma yolunu bilsək, təkcə koronavirusun deyil, digər xəstəliklərin də öhdəsindən gələ bilərik”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, maska taxanda hamı özünü qoruduğunu düşünür: “Maska taxılan zaman asqırdıqdan sonra onu cibimizə qoyub, bir müddət yenə istifadə ediriksə, gigiyena qaydaları pozulur. Belə olan halda təhlükə yaratmış oluruq. Maskadan xəstə insanlardan çox sağlam insanların istifadə etməsi faydadan çox zərər verə bilər”.İTV

Paylaş:

Ən son xəbərlər