Rusiyanın Rostov-Don şəhərində 10 hektar qamışlıq ərazidə güclü yanğın baş verib.

Pravda.az xəbər verir ki,  Çemordaçka küçəsi, 4a ünvanında baş verən yanğının söndürülməsinə Mi-8 vertolyotu və yanğından mühafizə briqadaları cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Dördüncü çağırışla əraziyə gələn yanğınsöndürənlərdən biri yanğın söndürülərkən həlak olub. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğının qəsdən törədilməsi ehtimal edilir.APA