Bu gün TV Müsavatın efirində, aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanan "Canlı debat" verilişinə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının eks rəhbəri Ramiz Mehdiyev canlı telefon bağlantısı ilə qatılıb.
Son vaxtlar Naxçıvan olayları və Vasif Talıbov ətrafında baş verənlərlə bağlı suala cavabında R.Mehdiyev bu hadisələrlə bağlı danışmaq istəmədiyini bildirib:
"Mən bu hadisələrdən uzağam. Xahiş edirəm, mənə bu sualları verməyin".