Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi

896
Paylaş:
Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb.

Pravda.az xəbər verir ki, 1 maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar.

Paralel olaraq Fransa hökumətindən “Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədi ilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsi üçün səyləri artırmaq” tələb olunur.

Layihə müəllifləri Fransa hökumətini “Ermənistana humanitar yardımı artırmağa”, həmçinin “erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə” çağırıblar.

Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.

Paylaş:

Ən son xəbərlər