Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov: Etnik ermənilər digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir

759
Paylaş:
Ceyhun Bayramov: Etnik ermənilər digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir

Azərbaycan post-münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını özünün siyasi, iqtisadi və sosial məkanına yenidən inteqrasiyasında qətiyyətlidir.

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir.

“Azərbaycan Respublikasının Konstitusiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir. Ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və dayanıqlı edilməldir” – deyə nazir vurğulayıb.

Paylaş:

Ən son xəbərlər