Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib.
Gənc idmançı "Shusha Climbers" klubunun təmsilçisi olub.
Həvva Yambulatova boulderinq və çətinlik növləri üzrə yarışlarda iştirak edib. O, Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi ölkə birincilikləri və kuboklarında mükafatçılar sırasında yer alıb.
