Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Ərzaq bahalaşacaq? – AÇIQLAMA

Paylaş:
Ərzaq bahalaşacaq? – AÇIQLAMA
Bizi Google News-da izləyin

Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilərə, həmçinin çips məhsullarına aksiz vergisinin tətbiqi nəzərdə tutulur. Bunları nəzərə alaraq ərzaq qiymətlərində də bahalaşmanın olub-olmayacağı müzakirələri aparılır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova deyib ki, hər il inflyasiyanın sürəti dəyişir. 

O bildirib ki, qiymət artımı qaçınılmazdır: “İnflyasiya sürəti sabit qalsa belə, idxal inflyasiyası hesabına daxili bazarda qiymət artımı müşahidə edilir. Bununla belə sosial müavinətlər, yaşayış minimumu, minimum əmək haqqının artması nəticəsində də mal və xidmətlərin qiyməti artır. Qiymət artımına ikinci səbəb isə bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bayram öncəsi qiymət artımıdır. Niyə məhz inkişaf etmiş ölkələr deyil, inkişaf etməkdə olan ölkələr sualı da yaranır… Çünki orada dövlət müdaxiləsi olmasa da, sahibkarın təfəkkürü fərqlidir. Məsələn, məlumdur ki, yeni il öncəsi hindquşu kəsilir. Avropa ölkələrində xüsusi ilə yeni il ərəfəsində xüsusi endirim olur, ölkəmizdə isə tamam əksidir. Əksər sahibkarlar, fermerlər “necə satım ki, daha çox qazanım” təfəkküründədir. Həmçinin “bu məhsul bahalaşdı, mən niyə ucuz satım” təfəkkürü hökm sürür”.

Ekspert qeyd edib ki, Mərkəzi Bankın açıqlamasında ötən il üçün inflyasiya göstəricisinin 5-6 səviyyəsində proqnozlaşdırıldığı göstərilib: “Bir məsələyə aydınlıq gətirim ki, bu göstərici ümumi rəqəmdir. Yəni ərzaq inflyasiya üçün fərqlidir. Sahibkarın xərcləri artıqda qiymət də artır. Məsələn, minimum əmək haqqısının artması, müəssisədə çalışan hər nəfər üçün xərcim artması deməkdir, bu da nəticədə qiymətlərin artmasına şərait yaradır. Məsələn, əməkhaqqı alan bir nəfərin maaşı üçün 100 manat əlavə xərc çəkilirsə, 10 nəfər işçi olan ticarət obyektində bu, 1000 manat edir. Bu artım da birbaşa məhsullar üzrə müəyyən faiz həcmində bölünür. İkinci bir məsələ ilin başlanğıcıdır. İldə 1 dəfə olmaqla obyekt icarə qiymətləri də artırır. Bu da qiymətlərə təsir edən faktorlar arasındadır. Bütün xərcləri nəzərə aldıqda ən azı 20% artım olmalıdır ki, ili zərər deyil, mənfəətlə başa vuran bilsin”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər