Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Xoşagəlməz zarafat üstündə öldürən gənclə bağlı cinayət işində daha bir şəxsə cəza verildi 

Paylaş:
Xoşagəlməz zarafat üstündə öldürən gənclə bağlı cinayət işində daha bir şəxsə cəza verildi
Bizi Google News-da izləyin

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Tahir Kərimovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətləri qismən təmin olunub, Yevlax Rayon Məhkəməsinin hökmü qismən ləğv edilib. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Tahir Kərimov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əsasən xitam verilib, müddəalar xaric olunub. Təqsirləndirilən şəxsin üzərinə qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İstintaq orqanının mövqeyinə görə, hadisə 07 aprel 2024-cü il tarixdə Yevlax rayonunun Əkşəm kəndində baş verib. 

Tahir Kərimov tanışları arasında yaranmış mübahisəni sakitləşdirmək istəyərkən Musa Orucova sillə vurub. Daha sonra Musa Orucovun da ona sillə ilə cavab verməsi təqsirləndirilən şəxsin qəzəbinə səbəb olub.

Məlumata görə, təqsirləndirilən şəxs mübahisəyə aydınlıq gətirmək məqsədilə narkotik vasitə olan marixuananın təsiri və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində bir müddət sonra Musa Orucovun yaşadığı evin yaxınlığına gedib. O, orada Musa Orucovla küçədə qarşılaşıb. Həmin vaxt ətrafda kənd sakinlərinin olduğu və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi bildirilib.

Tahir Kərimov Musa Orucovdan onu nə üçün sillə ilə vurduğunu soruşub. Daha sonra digər şəxslərin gözü qarşısında onun ünvanına ucadan nalayiq söyüşlər söyərək təhqir edib. O, bu hərəkətləri ilə ictimai qaydalara, insanlar arasında formalaşmış davranış və birgəyaşayış normalarına etinasızlıq göstərib və özünü ətrafdakı şəxslərdən üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirib.

Bundan sonra təqsirləndirilən şəxs Musa Orucovun sifət nahiyəsinə bir dəfə yumruqla qəsdən zərbə vurub.

İttihamda göstərilən tibbi məlumatlara əsasən, yumruq zərbəsi nəticəsində Musa Orucovun sağlamlığına az ağır və yüngül zərər vuran xəsarətlər yaranıb.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Tahir Kərimova 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Tahir Kərimovla yanaşı onların dostları Şəhriyar Bayramlı da Musa Orucovla mübahisə edib. Nəticədə Şəhriyar bıçaqla Musanın ürək nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsə ürəyin tamponadası, ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirilib və Musa Orucov hadisə yerində aldığı xəsarətlərdən həyatını itirib.

Məhkəmə istintaqı ilə müəyyən edilib ki, kafedən çıxarkən tərəflər arasında heç bir əsaslı səbəb olmadan mübahisə yaranıb. Şəhriyar onun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat edib, ünvanına nalayiq ifadələr işlədib. Musa isə buna təhqirlə cavab verib. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü Şəhriyar Bayramlı 17 il müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər