Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

Paylaş:
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Bizi Google News-da izləyin

18 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Paylaş:

Ən son xəbərlər