Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş - VİDEO - YENİLƏNİB

Paylaş:
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş - VİDEO - YENİLƏNİB
Bizi Google News-da izləyin

Bu gün Sumqayıt bulvarı ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin tələbə olması müəyyənləşib.

Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, dənizdə itkin düşən gənc Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.

Onun hansı şəraitdə dənizə düşməsi hələlik məlum deyil.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

14:22

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər