Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Qarabağ müharibəsi veteranını öldürən şəxsə nə qədər cəza verildi? 

Paylaş:
Qarabağ müharibəsi veteranını öldürən şəxsə nə qədər cəza verildi?
Bizi Google News-da izləyin

Şəki Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Mübariz Sultanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd: İstintaqla müəyyən edilib ki, 1973-cü il təvəllüdlü Mübariz Sultanov qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləyib. Sonra sərxoş vəziyyətdə olan Bəxtiyar Salahov həyətə daxil olub. Mübariz Sultanov bundan istifadə edərək dəhrə ilə ona xəsarətlər yetirib. Nəticədə Bəxtiyar Salahov növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb.

Hadisədən 3 il sonra cinayətin üstü açılıb və Mübariz Sultanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Mübariz Sultanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətə azadlıqdan məhrum edilib. 

Xatırlatma: Bəxtiyar Salahov I Qarabağ müharibəsi veteranı olub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər