Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs hökm oxundu 

Paylaş:
Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs hökm oxundu
Bizi Google News-da izləyin

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nadir Lətifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin hökmü ilə ona 1000 manat miqdarda cərimə cəzası təyin edilib.

İttihama görə, Nadir Lətifov bu il saat 23 radələrində Binəqədi rayonu ərazisində yerləşən yaşadığı fərdi evdə həyat yoldaşı, zərərçəkmiş Fəridə Lətifova (adı, soyadı şərtidir) ilə münaqişə yaradıb. Mnaqişə ər-arvad arasında şəxsi münasibətlərin pozulması nəticəsində yaranıb və hadisə qısqanclıq zəminində baş verib.

Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşına yumruq və sillə zərbələri endirib. 

İttihamda qeyd olunub ki, zərbələr Fəridə Lətifovanın bədəninin müxtəlif nahiyələrinə dəyib. Nəticədə onun sağ bazu nahiyəsində dərialtı hematoma, sağ əlin birinci barmağında qançır və şişkinlik, alt dodağın selikli qişasında qansızmalar, sol bazu və sol said nahiyələrində, sol əlin üçüncü barmağında, həmçinin sağ və sol bud nahiyələrində qançırlar əmələ gəlib.

Hadisədən sonra Nadir Lətifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər