Peşə təhsili infrastrukturunun genişləndirilməsi məqsədilə 21 yeni təhsil müəssisəsinin tikintisi, 2 müəssisənin isə təmiri nəzərdə tutulur.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 2022–2025-ci illərdə peşə təhsili alanların sayı 27 min nəfər olduğu halda, cari ildə bu göstərici 40 minə çatıb. Yüksək texniki peşə təhsili üzrə təhsilalanların sayının isə 8 mindən 10 minə çatdırılması hədəflənir.