Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Paylaş:
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bizi Google News-da izləyin

Afyonkarahisarın İhsaniye rayonunda silahlı hücum edən və 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Afyon qətliamı"nın şübhəlisi Eskişehirin Seyiqazi rayonunda tutulub.

"Bu gün Afyonkarahisar vilayətimizdə silahlı hücumlar edən cinayətkar vilayətimizin sərhədləri daxilində Jandarm Komandanlığı və Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində sağ olaraq tutulub", - məlumatda bildirilib.

Qanlı hadisə ilə bağlı istintaq davam edir. Qurbanlardan ikisinin müəllim olduğu müəyyənləşib. Aparılan ilk araşdırmalarda həyatını itirən iki müəllimin bir-biri ilə əvvəlcədən hər hansı bir tanışlığı və ya əlaqəsinin olmadığı, sadəcə təsadüf nəticəsində eyni avtomobildə hərəkət etdikləri məlum olub.

Report

Paylaş:

Ən son xəbərlər