Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Almaniyada vəfat edən Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Paylaş:
Almaniyada vəfat edən Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Bizi Google News-da izləyin

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.

Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.

Paylaş:

Ən son xəbərlər