Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Anar Bayramov 16 illik direktoru işdən çıxardı - FOTO

Paylaş:
Anar Bayramov 16 illik direktoru işdən çıxardı - FOTO
Bizi Google News-da izləyin

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Pravda.az Qaynarinfo-ya istinadla məlumat verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.

Elşad Ömərov

Paylaş:

Ən son xəbərlər